Futbol üzrə 2026-cı ildə keçiriləcək dünya çempionatı üçün FİFA 2 milyon bileti satışa çıxarıb.
Olimpnews.az xəbər veririk ki, beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) mətbuat xidməti bu barədə məlumatı X sosial media platformasında yayımlayıb. Məlumatda qeyd olunur ki, bilet qiymətləri 60 dollardan 6730 dollara qədər dəyişir.
Məlumat üçün bildirək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnir tarixində ilk dəfə olaraq 48 milli komanda iştirak edəcək.


