İngiltərənin "Nyukasl" klubu azarkeşlərinə qarşı ədalətsiz münasibətlə bağlı UEFA-ya şikayət edəcək.
Olimpnews.az xəbər veririk ki, hadisə Çempionlar Liqasında "Marsel" ilə səfər matçı (2:1) zamanı baş verib. Klubdan verilən məlumata görə, Fransa polisi oyundan sonra qonaq tamaşaçılara qarşı bibər qazı, dəyənək və qalxanlardan istifadə edib.


