DÇ-2026: İran püşkatma mərasimini boykot edib

DÇ-2026: İran püşkatma mərasimini boykot edib

İran Futbol Federasiyası (İFA) ABŞ-ın nümayəndə heyətinin ölkənin bir neçə üzvünə viza verməkdən imtina etməsindən sonra əks addım atıb.

Olimpnews.az "Əl-Ərəbiyyə"yə istinadən xəbər verir ki, İran dekabrın 5-də Vaşinqtonda keçiriləcək futbol üzrə dünya çempionatının püşkatmasını boykot etmək qərarına gəlib.
Federasiyadan verilən məlumatda qeyd olunur ki, ABŞ-dakı tədbirdə nümayəndə heyətinin yalnız dörd üzvü, o cümlədən İran milli komandasının baş məşqçisi Əmir Qalenoi viza alıb.