Misli Premyer Liqası: "Zirə" Yevlax səfərindən üç xalla qayıdır

Misli Premyer Liqası: "Zirə" Yevlax səfərindən üç xalla qayıdır

Futbol üzrə Misli Premyer Liqasının XIII turun oyunlarına start verilib.

Olimpnews.az xəbər verir ki, turun açılış matçı Yevlax şəhər stadionunda "Zirə" və "Kəpəz" komandaları arasında baş tutub. Oyun "Zirə" klubunun qələbəsi ilə yekunlaşıb -0:2. Matçda hesab 62-ci dəqiqədə açılıb. Qəsəbə təmsilçisinin heyətində Leroy Mikels fərqlənib. Qarşılaşmanın 84-cü dəqiqəsində isə İssa Cibrilia "Zirə"nin hesabdakı üstünlüyünü bir qədər də artırıb. Rəşad Sadıqovun komandası qələbə sayəsində xallarının sayını 26-ya çatdıraraq ikinci pilləyə yüksəlib. Aktivində 6 xalı olan "Kəpəz" isə onuncu pillədə yer alır. 

Qeyd edək ki, bu gün XIII tur çərçivəsində daha bir oyun keçiriləcək. Günün ikinci oyununda "Turan Tovuz" və "Neftçi" komandaları üz-üzə gələcək.