"Ramos" "Monterrey" klubundan ayrılmaq qərarına gəlib

"Ramos" "Monterrey" klubundan ayrılmaq qərarına gəlib

İspaniyalı futbolçu Serxio Ramos hazırda çıxış etdiyi Meksikanın "Monterrey" klubunun heyətindən ayrılmaq qərarına gəlib. 

Olimpnews.az xəbər verir ki, 39 yaşlı müdafiəçi karyerasını başqa klubda davam etdirmək istəyir.

Madrid "Real"ının müdafiəçisi kimi məşhurluq qazanan Ramos yeni təklifləri dəyərləndirəcək. 

Qeyd edək ki, ispaniyalı müdafiəçi 2025-ci ildən "Monterrey" klubunda çıxış edir.