"Leypsiq"in gənc futbolçusu üçün nəhənglər hərəkətə keçiblər

"Leypsiq"in gənc futbolçusu üçün nəhənglər hərəkətə keçiblər

Bundesliqa təmsilçisi "Leypsiq"in yarımmüdafiəçisi Assane Uedraoqo Avropa nəhənglərinin diqqət mərkəzinə düşüb. Olimpinevs.az saytı Bild nəşrinə istinadən xəbər verir ki "Liverpul", "Arsenal" və "Barselona" Uedraoqonun uğurlarını izləyir. Münhen "Bayern"ni isə onun gənclik akademiyası illərindən diqqt saxlayır. Siyahıya "Mançester Yunayted" və "Çelsi" qoşulub. "Leypsiq" gənc futbolçuya 100 milyon avro qiymət qoyub. Assane Uedraoqo hazırkı Bundesliqada 11 matçda üç qol vurub və üç məhsuldar ötürmə edib. Bundan başqa 19 yaşlı futbolçu bu yaxınlarda Almaniya milli komandasına çağırılıb.