Klub prezidenti 6 ay müddətinə cəzalandırıldı 

Klub prezidenti 6 ay müddətinə cəzalandırıldı 

Argentinanın "Estudiantes" klubunun prezidenti Xuan Sebastian Verona 6 ay müddətinə futbol fəaliyyətlərindən uzaqlaşdırılıb. 
Olimpnews.az xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyası qərar verib. 
Buna səbəb kimi Veronun Argentina çempionu Rosario Central üçün təşkil olunan şərəf dəhlizi zamanı futbolçularına arxalarını çevirməyi tapşırdığı bildirilir.