"Barselona" klubunun futbolçusu Ronald Arauxo özəl olaraq rəhbərlikdən müəyyən müddətlik istirahət istəyib.
Olmpnews.az xəbər verir ki, 26 yaşlı müdafiəçi "Çelsi" klubu ilə oyunda qırımızı vərəqə alaraq komandasını azlıqda qoymasına və məğlubiyyətə görə özünü günahkar hiss edir. Uruqvaylı futbolçu bu səbəbdən də istirahətə ehtiyac duğduğunu bildirib. Klub isə oyunçunun bu istəyini rəsmi olaraq qəbul edib.
Rəhbərlik Arauxonun bu qərarını anlayışla qarşılayıb və ona dəstək verdiyini bildirib.


