"Aston Villa"nın baş məşqçisi Unay Emeri Premyer Liqada yeni uğuru ilə diqqət çəkib. Birmingem təmsilçiləri həftəsonu «Vulverhempton»a qalib gəliblər -1:0. Bu qələbədən sonra ispaniyalı baş məşqçi Con Qreqori və Martin ONilin rekorduna bərabər olub. Emeri klub tarixində Premyer Liqada ən çox qələbə qazanan üç məşqçidən biri sayılır.
Məlumat üçün bildirək ki, «Aston Villa»nın onun rəhbərliyi altında 114-cü Premyer Liqa matçında 61-ci qələbəsini qazanıb. Emeri 2022-ci ildən Birmingem klubuna işləyir.


