"Bornmut"un hücumçusu Antuan Semenyo qış transfer pəncərəsində "Mançester Siti"yə keçə bilər.
Olimpnews.az xəbər verir ki, "The Times" qəzetinin məlumatına görə, "şəhərlilər" Qana millisinin üzvü üçün 65 milyon funt sterlinq xərcləməyə hazırdır.
Məlumat üçün bildirək ki, Semenyo bu mövsüm Premyer Liqada 12 oyunda 6 qol vurub. Tərəflərin hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir.


