İspaniyanın Madrid "Real"ının keçmiş futbolçusu Toni Kroosun Madriddəki futbol məktəbi olan “Toni Kroos Akademi” ilə ”Allianz” şirkəti arasında 5 illik əməkdaşlıq müqaviləsi imzalanıb.
Olimpnews.az xəbər verir ki, müqavilənin əsas məqsədi layihənin perspektivlərini genişləndirmək və daha geniş kütləyə çatmaqdan ibarət olub. Veteran futbolçu tədbir zamanı gələcəyi ilə bağlı danisib. O hazırda akademiyamdakı məşqçilik fəaliyyətinə fokuslandığını və gələcəkdə nələrin olacağını heç kəsin bilmədiyini qeyd edib.


