Modriç "Real"da ilk günlərindən danışdı 

Modriç "Real"da ilk günlərindən danışdı 

"Milan"ın yarımmüdafiəçisi Luka Modriç keçmiş klubu Madrid "Real"ı barədə xatirələrindən danışıb. 
Olimpnews.az xəbər verir ki, 40 yaşlı xorvatiyalı futbolçu komandamızın ilk vaxtlarının necə keçdiyini qeyd edib: "Əgər Mourinyo olmasaydı bəlkə də heç vaxt "Real Madrid"də çıxış etməyəcəkdim. Rəhbərlik Mourinyoya Silva, Mata və Kazorla kimi adlar çəkmişdi, amma baş məşqçi "ya Modriç, ya da heç kim" deyə cavablamışdı. Ona çox minnətdaram. İlk dəfə soyunub-geyinmə otağına daxil olarkən ən böyük adlarla qarşılaşmışdım. Kriştianu Ronaldo, Benzema, Xabi, İquainlə rastlaşdım. "Real Madrid"də orta səviyyə üçün heç bir səbr və dözüm yoxdur. Əgər lazım olan səviyyədən aşağı çıxış edirsənsə, mütləq səni ehtiyata atırlar. Digərləri isə sənin zəifləməyini gözləyirlər ki, öz şanslarını əldə etsinlər. Biz bunu çox normal şəkildə qəbul edirdik. Başqaları gəlir deyə hər zaman yüksək səviyyədə çıxış etmək lazımıydı".