Bruno Fernandes son müsahibəsində müasir futbol haqqında danışıb. “Məncə, futbol getdikcə daha çox robotlaşır. Mən demirəm ki, topu itirməmək pisdir, amma top daha çox səndədirsə, daha çox şey edə bilərsən.
Biz fərqliyik və əgər mənim əsas xüsusiyyətim risk etməkdirsə… Son ötürmə, assist cəhdlərim — bunu etməsəm, faydasız oyunçu olacağam. Bu mənim ən böyük xüsusiyyətimdir və onu itirə bilmərəm. Məsələn, futbolda tam potensialına çatmayan oyunçu Neymar idi.
Əgər Neymara irəli sürətlənmək və driblinq etməyi dayandırması deyilsəydi, futbol onun sehrini və təqdim etdiyi əyləncəni itirərdi. Paulo Dibala, Ronaldinyo, Ronaldo və bir çox oyunçu bunu illərlə edib. Biz bunu itirdik, oyunçuların mahiyyətini itirdik. Əgər oyunçu bu xüsusiyyətdə yaxşıdırsa, niyə onu bundan məhrum edək? Hər oyunçunun öz bacarıqları var”.
"Futbol getdikcə daha çox robotlaşır"


