Futbol üzrə Azərbaycan Kubokunda 1/8 finalın daha bir oyunu keçirilib.
Olimpnews.az xəbər verir ki, 1/4 finala vəsiqə uğrunda görüşdə "Qarabağ" və "Karvan-Yevlax" komandaları üz-üzə gəlib.
Oyun Qurban Qurbanovun komandasının 3:0 hesablə qələbəsi ilə yekunlaşıb. "Qarabağ" bununla da 1/4 finalda "Şamaxı" klubuna rəqib olub.


