"Real"ın müdafiəçisi iki ay yaşıl meydanlardan kənarda qalacaq

"Real"ın müdafiəçisi iki ay yaşıl meydanlardan kənarda qalacaq

Madrid "Real"nın futbolçusu Trent Alekander Arnold zədələnib. 

Olimpnews.az xəbər verir ki, ingiltərəli müdafiəçi ötən gün La Liqanın 15-ci turu çərçivəsində Bilbao "Atletik"i ilə matçda sıradan çıxıb. Tibbi müayinələrdən sonra 27 yaşlı müdafiəçinin 2 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib. 

Aleksander Arnold zədə səbəbi ilə "Selta", "Mançester Siti", "Alaves", "Sevilya", "Real Betis", İspaniya Super Kuboku, İspaniya Super Kuboku, "Levante", "Monako", "Vilyarreal", "Benfika", "Rayo Valyekano" və "Valensiya" ilə oyunlarda meydana çıxa bilməyəcək.