Azərbaycan çempionatının açılıž mərasimi keçirildi 

Azərbaycan çempionatının açılıž mərasimi keçirildi 

Dekabrın 6-da Bakı İdman Sarayında qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib. 
Olimpnews.az xəbər verir ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev, icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, federasiyanın İcraiyyə Komitəsinin üzvü və Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərov, “AZMAN" Holdinqin rəhbərliyi, Olimpiya çempionları, həmçinin idman ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov ölkədə idmana göstərilən dövlət qayğısından bəhs edərək, cüdonun Azərbaycanda yüksək templə inkişaf etdiyini vurğulayıb. Nazir Paris Olimpiadasında Azərbaycan cüdoçularının qazandığı iki qızıl medalı xatırladaraq, bu uğurda federasiyanın rolunu yüksək qiymətləndirib. O, regionlarda yeni idman zallarının istifadəyə verilməsinin cüdonun kütləviləşməsinə mühüm töhfə olduğunu diqqətə çatdırıb.
ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu çıxışında Azərbaycan cüdoçularının beynəlxalq arenada, o cümlədən III MDB Oyunları və VI İslam Həmrəyliyi Oyunlarında qazandıqları nailiyyətlərdən danışıb. O bildirib ki, bu il ölkə cüdoçuları beynəlxalq yarışlarda 76 qızıl, 61 gümüş və 116 bürünc olmaqla, ümumilikdə 253 medal əldə ediblər.
Rəşad Rəsullu çıxışının sonunda çempionatın təşkilinə göstərilən dəstəyə görə Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə, federasiyanın baş sponsuru “Azercell  Telecom”a, həmçinin yarışın sponsoru “AZMAN” Holdinq şirkətinə minnətdarlığını bildirib. 
Mərasim çərçivəsində “AZMAN” Holdinq cüdonun inkişafına verdiyi töhfələrə görə Azərbaycan Cüdo Federasiyası tərəfindən təltif olunub.
Ardınca Azərbaycan cüdoçularının cari ildə böyüklər, gənclər və yeniyetmələr yaş kateqoriyalarında uğurlu çıxışları ilə bağlı videoçarx nümayiş olunub. Tədbir daha sonra bədii hissə ilə davam edib.
Rəsmi çıxışlardan sonra final görüşlərinə start verilib. 
Ümumi mükafat fondu 50 min manat olan budəfəki çempionatda paytaxt və bölgələri təmsil edən 50 klubdan 206 (154 kişi, 52 qadın) cüdoçu medallar uğrunda yarışır.

Azərbaycan çempionatının açılıž mərasimi keçirildi  Azərbaycan çempionatının açılıž mərasimi keçirildi  Azərbaycan çempionatının açılıž mərasimi keçirildi  Azərbaycan çempionatının açılıž mərasimi keçirildi  Azərbaycan çempionatının açılıž mərasimi keçirildi  Azərbaycan çempionatının açılıž mərasimi keçirildi  Azərbaycan çempionatının açılıž mərasimi keçirildi  Azərbaycan çempionatının açılıž mərasimi keçirildi  Azərbaycan çempionatının açılıž mərasimi keçirildi  Azərbaycan çempionatının açılıž mərasimi keçirildi