Bu gün futbol üzrə Misli Premyer Liqasının 14-cü turu çərçivəsində daha bir oyun keçiriləcək.
Olimpnews.az xəbər verir ki, turun ikinci oyun günündə "Karvan-Yevlax" komandası "Şamaxı"nı qəbul edəcək.
Yevlax şəhər stadionunda keçiriləcək oyunun start fiti saat 14:00-da səslənəcək. Oyunun baş hakimi Cavid Cəlilov olacaq. "Karvan-Yevlax" 13 turdan sonra 5 xalla sonuncu, 12-ci, "Şamaxı" isə 14 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları dekabrın 8 və 9-da keçiriləcək.


