İspaniyanın "Real" klubu baş məşqçi ilə yollarını ayıra bilər.
Olimpnews.az xəbər verir ki, buna səbəb ispaniyalı mütəxəssisin klub oyunçuları arasında istənilməməsi və son oyunlarda uğursuz nəticələridir. İspaniya mediasının məlumatına görə ötən gün La Liqanın 16-cı turunda doğma meydanda "Selta"ya 0:2 hesablı məğlubiyyəti klubda ona olan inamı azaldıb. Klub rəhbərliyi UEFA Çempionlar Liqasında "Mançester Siti"yə məğlub olarsa, Alonso istefaya gondəriləcək.


