Futbol üzrə İtaliya A Seriyasinda 14-cü turun oyunları keçirilir.
Olimpnews.az xəbər verir ki, bu gün tur çərçivəsində "Piza" komandası "Parma"nı qonaq edib.
Oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Matçda vurulan yeganə qolun müəllifi 40-cı dəqiqədə fərqlənən Adrian Benedyçak olub. Qələbə sayəsində xallarının sayını 14-ə çatdıran "Parma" 15-ci, aktivində 10 xalı olan "Piza" isə 18-cidir.
"Parma" üç xalı bir qolla qazandı


