Fransa "Marsel"inin hücumçusu Meyson Qrinvud klubu tərk etməyə hazırdır.
Olimpnews.az "Media Foot"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klublarından biri 24 yaşlı futbolçuya 100 milyon avro təklif edib. "Marsel" bu təklifə heç cür mane ola bilməyəcək. Əgər Fransa klubu Qrinvudu 100 milyon avroya satarsa, həmin məbləği "Mançester Yunayted"lə böləcək.
Qeyd edək ki, futbolçu müqaviləyə görə İngiltərə klubuna məxsusdur.
"Marsel" və "Mançester Yunayted" pulları yarı böləcək


