İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Haalan maraqlı açıqlaması ilə yadda qalıb.
Olimpnews.az xəbər verir ki, bacardığı qədər bütün futbol oyunlarını izləyir. Norveçli hücumçu “Futbol azarkeşiyəm. Hər cür futbol oyununu izləyirəm. Şam edirdik və yoxladım ki, görüm oyun var ya yox. "Mançester Yunayted" ilə "West Hem" oynayırd. Dedim qoşub baxaq. Həyat yoldaşım isə dedi: "Futboldan bezmişəm, hər zaman bunu izləyirik". Mən də ona dedim ki, "bəli, bu gün buradayıqsa səbəbi futboldur". Sonra, təbii ki, oyuna baxdıq".


