Dan dərəcələri üzrə təltifetmə mərasimi keçirilib

Dan dərəcələri üzrə təltifetmə mərasimi keçirilib

Cüdo üzrə Dan dərəcələri üzrə təltifetmə mərasimi keçirilib.

Olimpnews.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir cüdo üzrə U-20 gənclər arasında ölkə birinciliyinin ilk günündə təşkil olunub.

Ramin İbrahimov, Vüqar Budaqov və Babək Hacıyevə V dan dərəcəsi təqdim edilib. Rövşən Səfərov IV, Vasif İbrahimov və Nurlan Osmanov II dan dərəcəsinə layiq görülüb. Raul Kazixanov, Jalə Məmmədova və Kamran Əliyev I dan dərəcəsinə verilib.

Qeyd edək ki, dan dərəcələri cüdoda qara kəmərdən sonrakı pillələri ifadə edir və idmançının ustalıq səviyyəsini, həmçinin onun bilik və təcrübəsini göstərir.