Avropa Açıq turnirində 19 cüdoçumuz iştirak edəcək 

Avropa Açıq turnirində 19 cüdoçumuz iştirak edəcək 

Cüdo üzrə Azərbaycan millisinin martın 14–15-də Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa Açıq turniri üçün heyəti açıqlanıb.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ölkəmiz yarışda 9 çəki dərəcəsində 19 cüdoçu ilə (15 kişi, 4 oğlan) təmsil olunacaq.

Qadınlar ın mübarizəsində Gülnarə Bayramova (57 kq), Aytac Qardaşxanlı (70 kq), Nərmin Əmirli və Günel Həsənli (hər ikisi 78 kq) qüvvəsini sınayacaq.

Kişilər arasında isə Babarəhim Mirzəyev, Murad Əliyev, Kənan Hüseynov (hamısı 60 kq), Nazir Talıbov, Hüseyn Allahyarov, Tofiq Məmmədov, Yaşar Nəcəfov, Elşən Əsədov (hamısı 66 kq), İbrahim Əliyev, Rüfət Şövlətov, Nəriman Mirzəyev (hamısı 73 kq), Xəyyam Əliyev (90 kq), Elmar Qasımov, Nihad Şıxəlizadə (hər ikisi 100 kq) və Camal Feyziyev (+100 kq) medal qazanmağa çalışacaq.

Milli komandaya kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.

Qeyd edək ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq turnirdə 31 ölkədən 359 idmançı mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri, “A” kateqoriyalı referilər Nazim Umbayev və Akif Tahirov da yer alacaq.