Abşeron Olimpiya İdman Kompleksində keçirilən 17 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyində fərdi yarışlara dekabrın 20-də yekun vurulub.
Olimpnews.az xəbər verir ki, üç gün davam edən yarışlarda paytaxtla yanaşı, 87 klubdan 461 (327 kişi, 134 qadın) cüdoçu qüvvəsini sınayıb. Yarışda iştirak edən "Judo Club 2012" klubunun yetirmələri 1 gümüş və 1 bürünc medal qazanıblar. Gümüş medalı klubun aktivinə Məsumə Məmmədli (-70 kq) yazdırıb. -63 kq çəki dərəcəsində qüvvəsini sınayan Pəri Məmmədli isə üçüncü yerə sahib çıxıb.
Azərbaycan birinciliyinə bu gün komanda yarışları ilə yekun vurulacaq.
"Judo Club 2012"nin qızları ölkə birinciliyinin mükafatçıları sırasında


