Rafinya karyerasını başa vurdu

Rafinya karyerasını başa vurdu

"Barselona"nın keçmiş yarımmüdafiəçisi Rafinya Alkantara 32 yaşında futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

"Uzun müddət meydandan uzaq qaldıqdan və sağlam dövründən sonra karyeramı başa vurmaq qərarına gəldim. Futbol həyatımın bir hissəsidir. Amma bu gün həyatımda yeni bir fəsil başlayır", - deyə futbolçu sosial mediada yazıb.Zədə səbəbindən 2024-cü ildən yaşıl meydanlardan kənarda  qalan Rafinya Alkantara "Barselona"da 90 oyun keçirib, 12 qol və səkkiz məhsuldar ötürmə ilə yadda qalıb.Rafinya həmçinin PSJ, "Real Sosyedad" və "İnter" də daxil olmaqla digər komandalarda da oynayıb. O, Braziliya millisində iki oyun keçirib və bir qol vurub.