Madrid "Atletiko"sunun hücumçusu Aleksandr Sörlot qış transfer pəncərəsində klubdan ayrıla bilər. Jurnalist Krrişin sözlərinə görə, norveçli futbolçu klubdakı vəziyyətdən narazıdır. Hücumçu kifayət qədər oyunda iştirak etmədiyi üçün baş məşqçi Dieqo Simeone ilə dava edib.
Qeyd edək ki, Sörlot bu mövsüm bütün yarışlarda 22 oyunda meydana çıxıb, beş qol vurub və bir məhsuldar ötürmə edib.


