Münhen "Bayern"i 76 yaşlı baş məşqçi ilə müqavilə bağlayıb

Münhen "Bayern"i 76 yaşlı baş məşqçi ilə müqavilə bağlayıb

Məşhur serbiyalı məşqçi Svetislav Peşiç 2025/2026 mövsümünün sonuna qədər basketbol üzrə "Bayern Münhen" klubunda baş məşqçi postunda yer alıb. "76 yaşlı Svetislav Münheni, eləcə də "Bayern"i hər iki liqada ətraflı izləyib. Komandanın heyəti onu yaxşı tanıyır. Adaptasiya dövrü tez başa çatacaq", - komandanın mətbuat xidməti "Bayern"in idman direktoru Draqan Tarlaçdan sitat gətirib. Məlumat üçün bildirək ki, Peşiç ilk dəfə Münhen klubunda 2012-2016-cı illərdə işləyib. O, Serbiya millisinə Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc medalını qazandırıb.