Madrid "Real"ının hücumçusu Rodriqo klubun və azarkeşlərin etimadını bir daha doğrultmağa hazırdır.
"İndi əsas məsələ klubun və azarkeşlərin etimadını doğrultmaqdır. Artıq hərəkətə keçməyin vaxtı gəlib", - ESPN hücumçunun sözlərini sitat gətirib.
Qeyd edək ki, braziliyalı futbolçu bu mövsüm "Real" üçün 20 oyunda iki qol vurub və bir məhsuldar ötürmə edib.
Onun klubla hazırki müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, oyunçunun bazar dəyəri 60 milyon avrodur.
"Əsas məsələ klubun və azarkeşlərin etimadını doğrultmaqdır"


