Mərakeşdə təşkil olunan futbol üzrə Afrika Millətlər Kubokunda daha bir oyun keçirilib.
Olimpnews.az xəbər verir ki, günün növbətii oyunu D qrupunun iştirakçıları olan Konqo və Benin yığmaları arasında olub.
Oyun Konqo millisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0. Matçda vurulan yeganə qolu müəllifi 18-ci dəqiqədə fərqlənən konqolu fubbolçu Teo Bonqonda olub.
Qrupun digər oyununda isə Seneqal millisi Botsvanaya 3:0 hesabı ilə qalib gəlib.


