Futbol üzrə Türkiyə Kubokunda daha bir oyun keçirilib.
Olimpnews.az xəbər verir ki, C qrupuda yer alan "Fənərbağça" klubu doğma meydanda "Beşiktaş"ı qəbul edib. Oyun "Qara Qartal"ların minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:2. Matçda hesabı 33-cü dəqiqədə qonaqların futbolçusu Vaklav Cerni açıb. Lakin 10 dəqiqə sonra Marko Asensio penaltidən fərqlənərə "sarı-lacivərdlilər"in bərabərlik qolunun müəllifi olub. Qarşılaşmanın 90+1-ci dəqiqəsində isə Vaklav Cerni özünün və komandasının ikinci qolunu vuraraq "Beşiktaşa" qələbə qazandırıb.


