Flik braziliyalı futbolçunu diqqətdə saxlayır

Flik braziliyalı futbolçunu diqqətdə saxlayır

"Nottingem Forest"in mərkəz müdafiəçisi Murillo növbəti il "Barselona"nın formasını geyinə bilər.

Olimpnews.az Jurnalist Joaquim Pieranın sözlərinə istinadən xəbər verir ki, 23 yaşlı braziliyalı futbolçu baş məşqçi Hans-Diter Flikin sisteminə uyğun hesab olunur. Müdafiəçinin "meşəçilər"lə müqaviləsi 2029-cu ilə qədərdir. Transfermarkt portalı onun dəyərini 55 milyon avro ilə qiymətləndirir.