Madrid "Atletiko"sunun rəhbərliyi baş məşqçi Dieqo Simeone ilə müqavilənin müddətini artırmaq niyyətindədir.
Olimpnews.az "Topskills Sports UK"nin məlumatına istinadən xəbər verir ki, rəhbərlik Simeonenin işindən və nailiyyətlərindən məmnundur və onu yaxın gələcəkdə komandada saxlamaq istəyir.
Qeyd edək ki, Simeone 2011-ci ilin dekabr ayından etibarən "Atletiko"nun uğurları üçün çalışır. Onun hazırkı müqaviləsi 2026/27 mövsümünün sonuna qədərdir.


