Hazard Real karyerasından danışdı 

Hazard Real karyerasından danışdı 

Belçikalı futbolçu Eden Hazard bu ilin "Real Madrid" karyerası haqqında danışıb. ""Real" həqiqətən də heyətinə qatılmaq istədiyim bir klub idi. Gerçək hekayəni sizlərə danışacağam...
Əməliyyat olmaq üçün Dallasa getdim. Həmin zaman pandemiyanın pik olduğu dönəm idi. COVID xəstəliyi səbəbilə 2 ay yarım evdə tək zaman keçirdim və reabilitasiyam üçün heç bir fiziki müalicə ala bilmədim.
Fizioterapevtə müraciət etməyim yaxşı olardı, çünki daha tez müddətə sağala bilərdim. Pandemiya bitdikdən sonra bədənimi fiziki gücə saldım, amma topuğumdakı zədə artıq normal halda deyildi. Növbəti sezon yenə zədə aldım və gerisi hər kəsə bəllidir”, - deyə Hazard bildirib.