Raşford xeyriyyə layihələrindən danışdı 

Raşford xeyriyyə layihələrindən danışdı 

Hazırda "Barselona" klubunun şərəfini qoruyan Markus Reşford xeyriyyə layihələri haqqında danışıb. “Xeyriyyə işlərinin çoxuna 18-19 yaşımda başlamışam. Bu sahəyə daxil olmağa o zaman qərar verdim. Bu, artıq anamın etdiyi bir iş idi və biz həmin təşəbbüslərin daha da inkişaf etməsini istəyirdik. O, xüsusilə Milad bayramı dövründə evsiz insanlara kömək etməyə çalışırdı. Yemək, geyim… O, Mançester küçələrində gəzir, içində əsas ehtiyac məhsulları olan qutuları ehtiyacı olan şəxslərə çatdırırdı", - deyə Markus Raşford bildirib.