Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda bu gün daha üç oyun keçiriləcək.
Olimpnews.az xəbər verir ki, günün ilk oyunları B qrupunun iştirakçıları arasında olacaq. Əvvəlcə Anqola millisi Zimbabveni qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 16:30-da Mərakeş stadionunda keçiriləcək. Bu qrupun digər oyunu Misir və Cənubi Afrika komandaları arasında olacaq. Adrar stadionunda keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək. Günün son oyununda A qrupunda yer alan Zambiya və Komo Adaları komandaları qarşılaşacaq. Bakı vaxtı ilə saat 19:30-da başlayacaq oyun V Məhəmməd Stadionunda keçiriləcək.


