Premyer Liqa klubunda baş məşqçi istefası

Premyer Liqa klubunda baş məşqçi istefası

Premyer Liqa təmsilçisi "Araz-Naxçıvan" baş məşqçi Elmar Baxşıyevlə yollarını ayrırıb. 

Olimpnews.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat verib.

Qeyd edək ki, E.Baxşıyev 2024-cü ilin aprelində "Araz-Naxçıvan"ın baş məşqçisi kimi çalışırdı. Komanda onun rəhbərliyi altında 2024/2025 mövsümündə Misli Premyer Liqasında üçüncü pilləni tutub və UEFA Konfrans Liqasında iştirak edib.