Futbol üzrə İtaliya A seriyasında 17-ci turun oyunlarına start verilib.
Olimpnews.az xəbər verir ki, turun ilk oyun günündə "Parma" klubu bu mövsüm bərbad mövsüm keçirən "Fiorentina" komandasını qəbul edib. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0. Matçda vurulan yeganə qolun müəllifi 48-ci dəqiqədə fərqlənən "Parma"nın futbolçusu Oliver Sorensen olub. "Parma" 17 xalla 15-ci, "Fiorentina" klubu isə 9 xalla sonuncu, 20-ci pillədədir.


