Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII tura bu gün start veriləcək.
Turun ilk oyun günündə üç görüş təşkil olunacaq.
"Turan" evdə "Gəncə" ilə üz-üzə gələcək. Qarşılaşma saat 17:00-da Tovuz Olimpiya İdman Kompleksində start götürəcək.
Saat 16:00-da "Azərreyl" UNEC-lə, 18:00-da isə "Abşeron" "Milli Aviasiya Akademiyası" ilə qarşılaşacaq. Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək.


