40 yaşında ardıcıl ikinci dəfə Olimpiya çempionu oldu

40 yaşında ardıcıl ikinci dəfə Olimpiya çempionu oldu

Avstriyalı snoubordçu Benjamin Karl fərdi qış idman növündə ən yaşlı Olimpiya çempionu adını qazanıb.

Olimpnews.az xəbər verir ki, o, 40 yaş, 3 ay və 23 günlüyündə paralel nəhəng slalomda bütün rəqiblərindən üstün olub. O, finalda cənubi koreyalı Kim Sang-kyumu 0,19 saniyə ilə qabaqlayıb. Bununla da Karl Pekin-2022-dəki uğurunu təkrarlayıb. 
Qeyd edək ki, Benjamin Karla qədər Qış Olimpiya Oyunlarının ən yaşlı çempionu norveçli biatlonçu Ole Einar Björndalen olub. Biatlon əfsanəsi sayılan Björndalen Soçi-2014-də sprint yarışında qalib gələrəkən 40 yaş 12 günlüyündə idi.