Milli Xokkey Liqasının (NHL) rəsmi saytı Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında favorit olan komandanın adını açıqlayıb.
Olimpnews.az xəbər verir ki, səsvermə nəticəsində keçirilən sorğuda on doqquz internet saytının rəhbəri iştirak edib. Yekun nəticələrə görə, Kanada milli komandası 19 səsdən doqquzunu toplayaraq əsas namizəd seçilib. İlk üçlükdə ABŞ (altı səs) və İsveç (dörd) yer alıb. Olimpidanın son qalibi Finlandiyanın bu uğuru təkrarlayacağı sorğuda qeyd olunmayıb.


