ABŞ millisinin heyətində Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarına gələn 25 yaşlı amerikalı xizəkçi Ben Oqden klassik sprint yarışında gümüş medal qazanıb.
Olimpnews.az xəbər verir ki, bu nailiyyətlə o, 50 illik nəticəni yeniləyib. Oqden yalnız yeddiqat Olimpiya çempionu norveçli Yohannes Kleboya uduzaraq ikinci yeri tutub.
Məlumat üçün bildirək ki, amerikalı kişi xizəkçiləri düz 50 ildir ki, Olimpiya medalı qazana bilmirdilər. Sonuncu dəfə bu uğuru 1976-cı ildə Monreal Olimpiadasında Bill Kox əldə etmişdi. O, 30 km məsafədə gümüş medala layiq görülmüşdü.


