Avstriyalı xizəkçi Daniel Çofeniq Milan-Kortina-2026 Qış Olimpiya Oyunları çərçivəsində yarışın birinci turundan sonra diskvalifikasiya edilib.
Onun ayaqqabılarının qaydalara cavab verməməsi əsas səbəb göstərilir. Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) saytında yer alan məlumata görə, 23 yaşlı idmançının ayaqqabı ölçüsünün icazə verilən ölçüdən 4 mm-dən çox böyük olduğu bildirilir. Məsələ ilə bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, Daniel dünya çempionatında komanda yarışlarında gümüş və bürünc medal qazanıb, 2024/25 mövsümündə dünya kubokunun ümumi qalibi elan edilib.
Avstriyalı idmançı ayaqqabıya görə cəzalandı


