Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında iştirak edən norveçli xizəkçi Yohannes Klebo növbəti dəfə Olimpiya çempionu tituluna yiyələnib.
Olimpnews.az xəbər verir ki, Eynar Hadeqartla komanda spritində iştirak edən Klebo Qış Olimpiadası tarixində 10-cu qızıl medalı əldə edib. Buna qədər o, skeatlon, fərdi sprint, fərdi zaman sınağı və estafet yarışlarında fərqlənib. Yohannes Klebo 29 yaşında Qış Oyunlarında qazandığı qızıl medalların sayına görə öz rekordunu yeniləyib. O, həm yay, həm də Qış Olimpiya Oyunları tarixində qızıl medalların ümumi sayına görə ikinci yerə yüksəlib. Belə ki, o, karyeraları ərzində 9 medal qazanmış Larisa Latınina (SSRİ, bədii gimnastika), Keti Ledeki (ABŞ, üzgüçülük), Paavo Nurmi (Finlandiya, atletika), Mark Spitz (ABŞ, üzgüçülük), Karl Lyuis (ABŞ, atletika) və Kaeleb Dresseli (ABŞ, üzgüçülük) geridə qoyub. Klebo Olimpiya Oyunlarında qazanılan çempionluğa görə amerikalı üzgüçü Maykl Felpsdən (23 Olimpiya çempionluğu) geri qalır.
Məlumat üçün bildirək ki, norveçli xizəkçinin XXV Qış Olimpiadasında daha bir qızıl medal qazanmaq şansı var. Fevralın 21-də keçiriləcək həmin yarışda Klebo 50 kilometrlik klassik kütləvi startda iştirak edəcək.


