Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında kişilərin sərbəst xizək yarışı təxirə salınıb.
Olimpnews.az xəbər verir ki, buna hava şəraitinin əlverişsiz olması səbəb göstərilir. Yarışın hansı tarixə keçiriləcəyi ilə bağlı daha sonra açıqlama veriləcək.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.


