Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında maraqlı faktlar bir-birini əvəz edir. Belə maraqlı məlumatlardan biri odur ki, adları A hərfi ilə başlayan konkisürənlər ardıcıl dördüncü dəfə fərdi Olimpiya çempionluğunu qeyd edirlər. Bu estafet Soçi-2024 Qış Olimpiadasından etibarən davam edir.
Adları A hərfi ilə başlayan konkisürənlərin Olimpiya qələbələri:
1. Adelina Sotnikova (Soçi- 2014);
2. Alina Zahitova (Pxençxan-2018);
3. Anna Şerbakova (Pekin-2022);
4. Alisa Liu (Milan-Kortina-2026).
Qeyd edək ki, rusiyalı fiqurlu konkisürənlərin trendini 2025-ci ildə dünya çempionu olan ABŞ-lı Alisa Liu davam etdirdi. O, 226,79 xalla yaponiyalı rəqibləri Kaori Sakamoto (224.90) və Ami Nakaini (219.16) qabaqlayıb.
Adları A hərfi başlayanların çempionluq estafeti davam edir


