İspaniyalı xizəkçi Oriol Kardona Koll Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında kişilər arasında sprint yarışlarını qələbə ilə başa vurub.
Olimpnews.az xəbər verir ki, bundan başqa o, xizək alpinizmində ilk Olimpiya çempionu adını qazanıb. Güclü qar yağıntısı altında keçirilən yarışda ikinci yeri rəqibindən 1.52 saniyə geri qalan neytral Nikita Filippov tutub. Bürünc medal isə fransalı Tibo Anselmeyə (+2.31) yiyələnib.
Qeyd edək ki, xizək alpinizmi ilk dəfədir ki, Qış Olimpiya Oyunlarına proqramına daxil edilib.
Milan-Kortina-2026
Xizək alpinizmi (Kişilər sprint)
Final:
1. Oriol Kardona Koll (İspaniya) - 2:34.03.
2. Nikita Filippov (Neytral) - +1.52.
3. Thibaut Anselme (Fransa) +2.31
4. Arnaud Lita (İsveçrə) +3.04
5. Ot Ferrer (İspaniya) +20.42
6. Jon Kistler (İsveçrə) +23.84


