Stolüstü tennisçilər "Baku Open"də bir araya gələcək

Stolüstü tennisçilər "Baku Open"də bir araya gələcək

Beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il "Dünya İdman Paytaxtı" seçilməsinə həsr olunan "Baku Open" turniri keçiriləcək.

Bu barədə Olimpnews.az-a Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yarış "Şüa" İdman Kompleksində təşkil olunacaq.

Turnirdə əsasən həvəskar və veteran stolüstü tennisçilər çıxış edəcəklər.

Peşəkar idmançılar yalnız qoşa yarışlarda (bir peşəkar və bir həvəskar olmaqla) mübarizə aparacaqlar. Aprelin 4-5-i və 11-12-də keçiriləcək yarışın mükafat fondu 3 min manat olacaq.