İki boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

İki boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə “Strandja” beynəlxalq turnirinə start verilib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilənməlumata görə, 31 ölkədən 338 idmançının mübarizə apardığı yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü qələbə qazanıb.

50 kq çəki dərəcəsində Bilalhəbaşi Nəzərov 1/8 finalda Luis Runini (İrlandiya) sınağa çəkib. Döyüş boksçumuzun qələbəsi ilə yekunlaşıb - 4:1 (30:27, 30:27, 28:29, 29:28, 30:27). O, növbəti görüşünü fevralın 27-də Rudolf Qarboyana (Ermənistan) qarşı keçirəcək.

Məhəmmədəli Aşırəliyev (60 kq) də turnirə qələbə ilə başlayıb. O, 1/16 finalda Mişel Baldassini (İtaliya) 3:2 (30:27, 29:28, 28:29, 30:27, 28:29) hesabı ilə məğlub edib. Azərbaycan çempionu növbəti qarşılaşmasında Yazal Hussam Seyfellə (Misir) üz-üzə gələcək. Döyüş fevralın 25-də olacaq.

Qeyd edək ki, yarışa martın 1-də yekun vurulacaq.

İki boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı