Amerikalı Cordan Ştolts Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında kişilər arasında 500 metr məsafəyə sürətli konkisürmə yarışlarının əsas ulduzu statusunu doğruldub.
O, 33.77 saniyəlik Olimpiya rekordu ilə bu Oyunlarda özünün ikinci qızıl medalını qazanıb.


