Çempionlar Liqasında 1/8 final həyəcanı başlayır

Çempionlar Liqasında 1/8 final həyəcanı başlayır

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start veriləcək.

Olimpnews.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma təşkil olunacaq. Günün ilk qarşlaşması Türkiyədə baş tutacaq. İstanbul təmsilçisi "Qalatasaray" doğma meydanda İngiltərənin "Liverpul"unu qəbul edəcək. “Rams Park” stadionunda keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 21:45-də səslənəcək. Günün digər üç oyunu isə saat 00:00-da start götürəcək. İtaliya təmsilçisi “Atalanta” Almaniyanın “Bavariya” klubu, Madrid "Atletiko"su isə “Tottenhem”i qəul edəcək. Gecənin digər maraqla gözlənilən oyununda isə İspaniyanın “Barselona” klubu İngiltərədə “Nyukasl”ın qonağı olacaq.

Qeyd edək ki, mərhələnin digər oyunları martın 11-də keçiriləcək.